İrandan qaçan şahmatçı İspaniya vətəndaşlığı aldı
27 İyul 2023 15:24 Dünyaİrandan qaçan şahmatçı Sarasadat Xademəlşəri İspaniya vətəndaşlığını alıb.
Olaylar.az report-a istinadən xəbər verir ki, 26 yaşlı qrossmeyster artıq İspaniya millisinə çağırılıb.
O, İran hakimiyyəti tərəfindən təqib olunmaqdan qorxduğu üçün ölkəsinə qayıtmaqdan imtina edib. 2015-ci ildən beynəlxalq qrossmeyster olan Xademəlşəri İran yığmasının heyətində iki dəfə Şahmat Olimpiadasına qatılıb.
Qeyd edək ki, İranda hökumət əleyhinə etiraz aksiyalarını dəstəkləyən və 2022-ci ilin dekabrında keçirilən dünya çempionatında hicabsız iştirak edən Sarasadat Xademəlşəri barəsində ölkəsində həbs qərarı verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31