İstanbulda uyğur türkləri Çin əleyhinə aksiya keçirib- ÖZƏL

Uyğur türkləri Elişku qətliamının 8-ci ildönümündə Çinin İstanbuldakı Konsulluğu qarşısında etiraz aksiyası keçirib.

Olaylar.az xəbər verir ki, Çində bir müddət ictimaiyyət qarşısına çıxmadığı üçün bu həftə vəzifəsindən uzaqlaşdırılan və müzakirələrə səbəb olan xarici işlər naziri Çin Gangı ilə əvəzlənən Vanq Yi vəzifə zəminində ilk xaricə səfəri üçün Türkiyəyə gəldi. Səfərlə eyni vaxtda uyğur türkləri Elişku qırğınının 8-ci ildönümündə etirazlarını bildiriblər. Uyğur türkləri Çin ordusunun 28 iyul 2014-cü ildə həyata keçirdiyi və 3 mindən çox insanın həyatını itirdiyi Elişku qırğınına etiraz etmək üçün Sarıyerdəki Çin Konsulluğu önünə toplaşıb. Polis Sarıyerdəki Çin Konsulluğu qarşısında geniş təhlükəsizlik tədbirləri alıb. Konsulluğa gedən küçə barrikadaya alınıb. Toplanan izdiham mətbuata açıqlama verdikdən sonra şüarlar səsləndirərək insidentsiz dağılıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31