Aİ-dən Qurani-Kərimə hörmətsizliklə bağlı açıqlama- ÖZƏL
26 İyul 2023 15:14 DünyaOlaylar.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell İsveç və Danimarkada Qurani-Kərimə qarşı edilən hərəkətlərdən sonra dini ədavəti qızışdıracaq hər hansı hərəkəti rədd etdiklərini bildirib.
"Avropada bəzilərinin bir çox müsəlmanı incidən hərəkətlərindən sonra Aİ dini nifrət və dözümsüzlüyün qızışdırılmasının bütün formalarını qəti və qətiyyətlə rədd etdiyini bir daha bəyan edir", - deyə Borrell bildirib.
Dini icmalara hörmətin Aİ dəyərlərinin bir hissəsi olduğunu vurğulayan Borrel Qurana və ya hər hansı müqəddəs kitaba hörmətsizliyin açıq təxribat olduğunu bildirib.
İrqçilik, ksenofobiya və dözümsüzlüyün Aİ-də yeri olmadığını qeyd edən Borrell belə davam edib:
"Biz daxildə və xaricdə dini azadlıqları və ifadə azadlığını dəstəkləməyə davam edəcəyik. Amma qanuni olan hər şey mənəvi deyil. İndi qarşılıqlı anlaşma və hörmət zamanıdır. Təxribatçıların bu hərəkətləri yalnız cəhd edənlərin maraqlarına xidmət edir".