Fransanın Korsika adasında baş verən yanğında 200 hektar ərazi məhv olub- ÖZƏL
26 İyul 2023 14:43 DünyaFransanın Korsika adasında baş verən yanğında 200 hektar ərazi məhv olub.
Olaylar.az xəbər verir ki, Korsika adasındakı Haute-Korse bölgəsində gecə yarısı yanğın baş verib. Korbara, Piqna və Santa-Reparata-Di-Balanya yaşayış məntəqələrini təhdid etməyə başlayan və sürətlə irəliləyən yanğın indiyədək 200 hektar ərazini yandırıb. Təhlükəsizlik məqsədilə 100-dən çox insan təxliyə edilib, 200 yanğınsöndürən isə ərazidə alovla mübarizə aparıb. Turizm fəaliyyətlərinin də sıx olduğu bu bölgədə yanğınla əlaqədar qırmızı xəbərdarlıq elan edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31