ABŞ-dan milyon dollara yaxın humanitar yardım Lvovda yoxa çıxıb- ÖZƏL
26 İyul 2023 14:06 DünyaUkraynanın Lvov şəhərində milyon dollarlarla dəyəri olan humanitar yardım yoxa çıxıb. Yük Amerika Birləşmiş Ştatları tərəfindən təmin edilib.
Amerikalı könüllülər tərəfindən Ukrayna Silahlı Qüvvələri üçün satın alınan və göndərilən ümumi dəyəri 33,6 milyon UAH olan 10 minə yaxın IFAK taktiki ilk yardım dəstinin yoxa çıxması ilə bağlı Ukrayna mediasında xəbər dərc edilib.
Humanitar yardımla itkin düşən yükün axtarışı üçün jurnalist araşdırması təşkil edilib.
Vurğulanır ki, Rusiyanın xüsusi əməliyyata başlaması ilə ABŞ-dakı Ukrayna diasporu Ukrayna hərbçilərinə və mülki şəxslərə aktiv yardım göstərməyə başlayıb. Nəticədə Birləşmiş Ukrayna Amerika Yardım Komitəsi humanitar yardımların toplanması və göndərilməsində ən fəal təşkilatlardan birinə çevrilib. Təxminən 1,5 il ərzində təşkilat Kiyevə lazımi əşyalarla 30-dan çox dəniz konteyneri göndərib.
Hazırda humanitar yüklərin axtarışı davam edir.