Ukraynanın Xersonun sol sahilini atəşə tutması nəticəsində iki mülki şəxs həlak olub, biri yaralanıb - ÖZƏL

"Ukrayna silahlı qüvvələri gün ərzində Dnepr çayının sol sahilində bir sıra yaşayış məntəqələrini atəşə tutub, nəticədə iki mülki şəxs həlak olub, daha bir nəfər yaralanıb".

Olaylar.az xəbər verir ki, bu barədə məlumat Xerson vilayətinin fövqəladə hallar xidmətinin mətbuat xidmətindən bildirilib.
"Alyoşki şəhərində atəşə tutulması nəticəsində bir mülki şəxs həlak olub, digəri orta ağır qəlpə yaraları alıb. Həmçinin Pesçanovka qəsəbəsinin atəşə tutulması nəticəsində bir mülki şəxs həlak olub", - mənbə bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31