Rusiya keçmiş Minsk Qrupunun yolunu gedir - ÖZƏL

"Rusiya keçmiş ATƏT-in Minsk qrupunun yolunu gedir. Bu ölkənin vasitəçiliyi, təşəbbüsü ilə keçirilən bütün görüşlər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasından, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasından daha çox regionda gərginliyin davam etməsi, Qarabağda yeni hərbi əməliyyatların başlanmasına maraqlıdır". Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Moskva görüşünü şərh edərkən səsləndirib. O bildirib ki, Rusiyadan daha çox Vaşinqton və Brüssel Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına maraqlıdır və həmin formatlarda baş tutan görüşlər nəticəyə nail olmaq istiqamətində səmərəlidir:

"Düşünürəm ki, Rusiyanın təşəbbüsü ilə keçirilən görüşlər imitasiya xarakteri daşıyır və bu görüşlərdə məqsəd mövcud problemin həllinə mane olmaq, eyni zamanda regionda öz varlığının uzunmüddətli olmasını reallaşdırmaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31