Quran böhranı: Bəhreyn İsveçə nota verib- ÖZƏL

Bəhreyn Qurana hücuma icazə verən İsveçə etiraz notası verib.

Olaylar.az xəbər verir ki, Bəhreyn İsveç hökumətinin paytaxt Stokholmda Qurani-Kərimə hücuma icazə verməsinə etiraz etmək üçün İsveçin müvəqqəti işlər vəkili Britta Liszt Ann Lindal-ı Xarici İşlər Nazirliyinə çağırıb.

Bəhreyn Xarici İşlər Nazirliyi İsveç rəsmilərinin Stokholmda ekstremistlər tərəfindən polisin himayəsi altında Qurani-Kərimin yandırılmasına icazə verməsini qətiyyətlə pisləyib. Bəhreyn Xarici İşlər Nazirliyi Qurana təkrar hücumların müsəlmanların hisslərini oyatdığına işarə edərək, bu hərəkətlərin beynəlxalq qətnamə və konvensiyalara zidd olduğunu vurğulayıb. 

Bəhreyn Xarici İşlər Nazirliyi Qurana təkrar hücuma cavab olaraq İsveçin müvəqqəti işlər vəkili Britta Liszt Ann Lindalın nazirliyə çağırılaraq etiraz notası verildiyini və İsveçin bu cür hərəkətlərin qarşısını almaq üçün tədbirlər görməli olduğunu qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31