İrəvanda 5 min kv.m ərazi yanır

İrəvanın Nubaraşen şəhər zibilxanasında güclü yanğın baş verib.

Olaylar.az xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Yanğınla bağlı müvafiq siqnal iyulun 25-də saat 22:37-də daxil olub. İlkin məlumatlara görə, 5000 kvadratmetr sahədə zibil yanır. Yanğının söndürülməsinə texnikalar cəlb olunub", - məlumatda deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31