BƏƏ-də həbsdə olan 21 İran vətəndaşı azadlığa buraxılıb- ÖZƏL
26 İyul 2023 10:46 DünyaBirləşmiş Ərəb Əmirliklərində (BƏƏ) həbsdə olan 21 iranlı əfv olunaraq azadlığa buraxılıb.
Olaylar.az xəbər verir ki, Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın əvvəlki həftələrdə Əbu-Dabiyə səfəri zamanı təmasları çərçivəsində BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanın təsdiqi ilə bu ölkədə həbsdə olan 21 iranlı məhbus azadlığa buraxılıb.
Azadlığa çıxan İran vətəndaşları Əl Nəhyan tərəfindən əfv edilib və inzibati prosedurlardan sonra ölkələrinə qayıdacaqlar. Onların hansı cinayətlərə görə mühakimə olunduqları və BƏƏ-də nə qədər müddətə saxlandıqları barədə məlumat verilməyib.
İranın xarici işlər naziri Abdullahiyan iyunun 22-də səfərdə olduğu BƏƏ-də prezident Əl Nəhyan ilə görüşüb.
Bundan əvvəl iyulun 13-də BƏƏ-də həbsxanada saxlanılan 15 iranlı azad edilərək ölkələrinə qaytarılıb.