Krımda partlayıcı maddələr olan PUA tapıldı

Krımın Kostoçkovka kəndi yaxınlığında partlayıcı maddələr və sursatlar olan PUA aşkar edilib.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Baza" Teleqram kanalı məlumat yayıb.

"İyulun 25-də günorta saatlarında Kostoçkovka kəndindən təxminən üç yüz metr aralıda tarlada "Mugin-5 Pro" tipli PUA aşkar edilib", - məlumatda qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31