“Bu həyasız davranışı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına bildirəcəyik"
25 İyul 2023 22:54 DünyaRusiya taxıl sazişinin uğursuzluğundan sonra Qara dənizdə mülki gəmilərə hücum edə bilər.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli deyib.
Kleverlinin sözlərinə görə, Rusiya Ukraynanın ərzaq ixracına mane olmaq kampaniyasını gücləndirdiyi üçün mülki gəmilərə hücuma başlaya bilər:
"Bu həyasız davranışı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına bildirəcəyik. Rusiya dünyanın ərzaq tədarükünü girov saxlamağı dayandırmalı və razılaşmaya qayıtmalıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31