Rusiya ABŞ-a məxsus PUA-ya atəş açdı

Suriya səmasında Rusiya qırıcısı ABŞ-a məxsus MQ-9 PUA-sına atəş açıb.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Quardian" nəşri məlumat yayıb.

Məlumata görə, insident iyulun 23-də baş verib.

ABŞ Hərbi Hava Qüvvələrinin Yaxın Şərqdəki 9-cu komandanı general-leytenant Aleks Qrinkeviç bildirib ki, PUA-nın pərinə ciddi ziyan dəyib:

"Biz Suriyadakı Rusiya qüvvələrini bu ehtiyatsız, səbəbsiz və qeyri-peşəkar davranışa dərhal son qoymağa çağırırıq".

Qrinkeviçin sözlərinə görə, dronu uzaqdan idarə edən ekipaj üzvlərindən biri onu havada saxlayaraq bazaya qaytarıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31