"Bu görüşdə biz birgə təlimlə bağlı bütün məsələləri müzakirə etdik"
25 İyul 2023 20:18 Dünya"Vaqner" qrupu Belarusun daxili qoşunlarının və daxili işlər orqanlarının xüsusi təyinatlılarının döyüşçülərinə təlim keçməyə başlayıb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Belarus Daxili İşlər Nazirliyinin Daxili Qoşunları komandanının müavini Sergey Qrebennikov junalistlərə açıqlamasında deyib.
"Daxili işlər naziri, daxili qoşunların komandanlığı, xüsusi təyinatlıların komandirləri ilə "Vaqner" rəhbərliyi arasında görüş olub. Bu görüşdə biz birgə təlimlə bağlı bütün məsələləri müzakirə etdik. Biz artıq birgə təlimə başlamışıq, həm taktiki, həm də taktiki-xüsusi atəş hazırlığı keçirilir", - deyə Qrebennikov əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31