"Zəlzələ peyğəmbəri" dəqiq tarix verdi: "Güclü təkanlar olacaq" - FOTO

Aylar əvvəl Türkiyədəki dəhşətli zəlzələni günlər əvvəl sosial media hesabında xəbər verən  "zəlzələ peyğəmbəri" ləqəbli məşhur alim Frank Hoogerbeets yeni proqnozlarını açıqlayıb.

Olaylar.az bildirir ki, sfera.az-ın məlumatına görə, Hoogerbeets Adanada bu gün baş verən zəlzələnin qabaqcıl təkan ola biləcəyini bildirib.

"Bu, qabaqcıl fəaliyyət ola bilər, çünki Ayın həndəsəsi 23-24 iyulda böyük seysmik hadisəyə işarə edir. Diqqətli olun!" - Frank Hoogerbeets xəbərdarlıq edib.

Xatırladaq ki, bu gün Türkiyənin Adana şəhərində 5,5 maqnitudalı zəlzələ qeydə alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31