Aİ: Biz Ukrayna taxılının ixracı üçün bütün dəhlizləri qiymətləndiririk- ÖZƏL
25 İyul 2023 16:35 DünyaAvropa İttifaqı (Aİ) administrasiyası məlumat verib ki, Qara dəniz taxıl sazişi dayandırıldıqdan sonra Ukraynanın istehsal etdiyi taxılın dünya bazarlarına ixracı üçün bütün dəhlizləri qiymətləndirib.
Olaylar.az xəbər verir ki, Ukrayna taxılının ixracı ilə bağlı sualı cavablandırarkən, Aİ Komissiyasının sözçülərindən biri Adalbert Jahnz, Litva nazirlərindən Ukrayna taxılının Baltikyanı ölkələrin limanlarından dünyaya göndərilməsi təklifi ilə bağlı məktub aldıqlarını təsdiqlədi. Litvanın məktubuna qısa zamanda cavab verəcəklərini bildirən Jahnz, AB-nin taxıl ixracı üçün Qara dəniz xaricindəki qurudan yaradılan "həmrəylik yolları" deyilən xətlərin olduğunu xatırladıb. Sözçü Jahnz, "Bütün bu həmrəylik yolları vacibdir. AB Komissiyası bu xətləri inkişaf etdirmək üçün çalışır. Baltik dəhlizi də çox vacib bir xəttdir. Biz bunun üzərində də çalışacağıq" deyib. Litvanın üç nazirinin Aİ Komissiyasına göndərdiyi məktubda Baltikyanı ölkələrin limanlarının Ukraynanın taxıl məhsullarının daşınması üçün alternativ və etibarlı yol ola biləcəyi bildirilib.
Məktubda Baltikyanı ölkələrin limanlarının ildə 25 milyon ton taxılın bazarlara göndərilməsinə icazə verə biləcəyi bildirilib. Digər tərəfdən, Ukrayna ilə qonşu olan Aİ ölkələri olan Polşa, Macarıstan, Slovakiya, Rumıniya və Bolqarıstan öz fermerlərinin istehsal etdikləri taxılın qiymətinin aşağı düşəcəyindən ehtiyat edərək, iyun ayında Ukrayna taxılını məhdudlaşdırmaq üçün Aİ-dən icazə istəyib. AB Komissiyası bu məhdudiyyət tələbinə sentyabr ayına qədər icazə verib.
Ukrayna isə Aİ Komissiyasının "taxıl dəhlizləri" yaratmasını istəyir. Bildirilib ki, Ukrayna ötən günlərdə bu istiqamətdə tələbini Aİ Komissiyasına çatdırıb. Aİ Komissiyasının sözçülərindən Miriam Qarsia Ferrer Ukraynanın tələbini aldıqlarını bildirib və bura taxıl daşıma şirkətlərinin bəzilərinin dəymiş ziyana görə kompensasiyanın daxil olduğunu bildirib.