Bu həftə Böyük Britaniyada ilk miqrant qrup "üzən gəmiyə" yerləşdiriləcək- ÖZƏL

Qaçqınların İngiltərədə qalacağı "Bibby Stockholm" gəmisinə yerləşdiriləcək ilk 50 nəfərlik qrupun bu həftə gəminin yerləşdiyi Portland adasına gətiriləcəyi gözlənilir.

Olaylar.az xəbər verir ki, Ölkə mətbuatında yer alan xəbərlərə görə, 50 sığınacaq axtaran ilk qrupun bu həftə Portlend adasına gələrək, sığınacaq iddiaları araşdırılan müddətdə qalacaqları "Bibby Stockholm" gəmisinə yerləşdiriləcəyi gözlənilir. Önümüzdəki həftələrdə plana uyğun olaraq 500 sığınacaq axtaran şəxsin hamısının gəmiyə yerləşdiriləcəyi təxmin edilir. 

Ən azı 18 ay ərzində 500 qaçqını qəbul edəcək 222 otaqlı gəmi keçən həftə Dorsetin cənub sahilindəki Portlend Limanına gəlib. Gəmi yerli əhali və insan haqları qrupları tərəfindən etirazla qarşılanıb. Hökumət bəyan etmişdi ki, gəmidə yerləşdiriləcək şəxslər yalnız Böyük Britaniyaya qanunsuz daxil olmuş 18-65 yaş arası yetkin kişilərdən ibarət olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31