Daha bir ölkə Rusiya komandası ilə oynamaqdan imtina edib- ÖZƏL

Mali millisi sentyabrda Rusiya millisi ilə oyundan imtina edib.

Olaylar.az xəbər verir ki, Mali Futbol Federasiyasının mətbuat xidməti 2023-cü ilin sentyabrında Rusiya millisi ilə yoldaşlıq oyunu keçirməkdən imtina etdiyini açıqlayıb. Qurum nümayəndəsinin sözlərinə görə, gələcəkdə belə bir görüşün keçirilməsi mümkündür. "Sentyabrda Fil Dişi Sahili komandası ilə oynayacağımız üçün Rusiya komandası ilə oyun təşkil edə bilməyəcəyik. Amma gələcəkdə komandalarımız arasında oyun təşkil etmək tamamilə mümkündür. Ola bilsin ki, bu məsələ ilə bağlı danışıqlar aparılsın", - deyə Mali millisinin mətbuat xidməti bildirib. 

Rusiya və Mali milliləri tarixlərində heç vaxt rəsmi oyunlarda qarşılaşmayıblar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31