Ukrayna ordusu Qərb tərəfindən təmin edilən hərbi texnikanın 30%-ni itirib – ÖZƏL
25 İyul 2023 14:33 Dünya"Ukrayna ordusu Qərb tərəfindən təchiz edilmiş hərbi texnikanın təqribən 30%-ni cəbhə xəttində itirib".
Olaylar.az xəbər verir ki, bunu DXR (Donetsk Xalq Respublikası) rəhbərinin səlahiyyətlərini icra edən Denis Puşilin bildirib.
"Biz əks-hücumdan əvvəl Qərb ölkələrinin Ukraynaya nə qədər döyüş sursatı və texnika göndərdiyini gördük. İndi təxmini rəqəmlərə əsasən deyə bilərik ki, avadanlığın təxminən 30%-i Rusiya qüvvələri tərəfindən məhv edilib" - DXR rəhbərinin səlahiyyətlərini icra edən deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31