Türk İHA-ları ABŞ mətbuatında: Müharibələrdə uğurlarını sübut edib- ÖZƏL
25 İyul 2023 14:18 DünyaOlaylar.az xəbər verir ki, Bayraktar İHA və SİHA-ların uğurları dünya mətbuatında yer alır. Bu dəfə ABŞ-ın "Al Monitor" xəbər saytında təhlil yazılıb. Vurğulanıb ki, Türkiyə PUA-ları real qarşıdurmalarda uğurlarını sübut edib.
Vaşinqton mərkəzli xəbər saytı "Türkiyənin Baykar pilotsuz təyyarələri Ukraynadan Liviyaya niyə bu qədər populyardır?" sualına cavab axtarıb. SİHA-ların Ukrayna, Dağlıq Qarabağ, Liviya, Suriya, İraq, Efiopiya və Somali kimi münaqişə zonalarında istifadə edildiyi xatırladılıb. Türkiyə PUA-larının döyüşlərdə və münaqişələrdə uğurlarını sübut etdiyi vurğulanıb. Səudiyyə Ərəbistanına satışdan sonra Körfəz bölgəsində bu sistemlərə tələbatın artacağı qeyd edilib. Türkiyənin PUA-larının ABŞ və digər Qərb istehsalı olan PUA-lara nisbətən daha qənaətcil olduğu bildirilib. Bununla belə, Çin və ya İranda istehsal edilən İHA kimi digər qeyri-Qərb sistemlərindən üstün olduğu bildirilib.