Apple şirkəti bu iPhone modellərinin qiymətlərini qaldıracaq- ÖZƏL

Olaylar.az xəbər verir ki, Apple şirkəti özünün iPhone 15 Pro smartfonlarının qiymətini artırmaq niyyətindədir.  Mənbələrin bildirdiyinə görə, iPhone 15 Pro və 15 Pro Max öz sələflərindən, iPhone 14 Pro və 14 Pro Max-dan baha olacaq. Beləliklə, Apple smartfonlara tələbatın gözlənilən azalması fonunda gəlirlərini artırmaq istəyir.

Bundan əlavə, Apple 2023-cü ilin sonuna qədər tədarükçülərdən keçən il sifariş edilən 90 milyon iPhone 14-dən 85 milyon iPhone 15 ədədi tədarük etməyi planlaşdırır. Smartfonların qiymətinin qalxması şirkətə hətta tələbin aşağı düşməsi zamanı da gəlirlərini artırmağa imkan verəcək. Apple, iPhone 11 Pro və 11 Pro Max-ın müvafiq olaraq 999 və 1099 dollara bazara çıxdığı 2019-cu ildən bəri premium smartfonlarının qiymətini qaldırmayıb. Eyni zamanda, analitiklər daha çox premium komponentlərin və daha yaxşı aparatın istifadəsi səbəbindən flaqman iPhone 15 Pro-nun qiymətində gözlənilən dəyişiklik barədə artıq məlumat veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31