Hərbi xidmətə çağırılan vətəndaşların Rusiyadan çıxışı qadağan ediləcək- ÖZƏL
25 İyul 2023 13:14 DünyaHərbi xidmətə çağırılan vətəndaşların çağırış vərəqəsi qeydiyyata alındığı gündən Rusiya Federasiyasından çıxması qadağan ediləcək.
Olaylar.az xəbər verir ki, bunu Rusiyada orduya çağırış haqqında qanun layihəsinə edilən dəyişikliklər sübut edir. "Rusiya Federasiyasından çıxmaq və Rusiya Federasiyasına daxil olmaq qaydası haqqında" qanuna düzəlişlər ediləcək. Hazırda hərbi xidmətə çağırılmalı olan və hərbi komissarlıqdan çağırış vərəqəsi almış ruslar çağırış vərəqəsini əllərinə alan andan xaricə gedə bilmirlər.
Yeniliklər aydınlaşdırır ki, belə vətəndaşların Rusiya Federasiyasının hüdudlarından kənara çıxması belə bir çağırış müvafiq reyestrdə yerləşdirildiyi andan qadağandır.
Rusiyada 2024-cü il yanvarın 1-dən hərbi xidmətə çağırış yaşı keçid dövrü olmadan 18-30 yaş olacaq. Bundan başqa, çağırışçılara səfərbərlik dövründə və hərbi vəziyyət dövründə müqavilələr bağlamağa icazə veriləcək.