Filippinə yaxınlaşan qasırğa səbəbindən minlərlə insan təxliyə edilib- ÖZƏL
25 İyul 2023 11:46 DünyaFilippinin şimalına yaxınlaşan Doksuri qasırğası səbəbindən ölkədə minlərlə insan təxliyə edilib.
Olaylar.az xəbər verir ki, Filippin Meteorologiya Xidməti qasırğanın ölkənin şimal-qərbindəki Caqayan və Batanes bölgələrinə çatmasının gözlənildiyini açıqlayıb.
Səlahiyyətlilər tayfunun öz marşrutu üzrə yaşayış məntəqələrinə güclü yağışlar yağdıraraq quruda daşqın və sürüşmələrə, okeanda 3 metrlik dalğalara səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Filippin hökuməti tayfun səbəbindən minlərlə insanın təxliyəsi təşəbbüsü ilə çıxış edib, məktəblərdə təhsil üç gün müddətinə dayandırılıb. Doksuri küləyinin sürətinin saatda 185 kilometrə çatdığı, Caqayandakı Tuguegarao şəhərindən 310 kilometr şərqdə olduğu bildirilib. Bəzi ərazilərdə dəniz nəqliyyatı müvəqqəti olaraq dayandırılıb.
Digər tərəfdən, tayfunun şimal-qərbə doğru hərəkət edərək Tayvanın cənubundan Çinə çatacağı gözlənilir.
Doksuri qasırğasının Filippinlə yanaşı bölgə ölkələrinə də təsir edəcəyi gözlənildiyi halda, Tayvan ordusu tərəfindən hər il təşkil edilən və dünən başlayan "Han Kuang" hərbi manevri əlverişsiz hava şəraiti səbəbindən ləğv edilib.
Dalğaların təlimin keçirildiyi mülki hava limanının Tayvanın cənub-şərqində 2,5 metr hündürlüyünə çatdığı qeyd edilib.