Tokayev Nazarbayevlə bağlı sərəncam imzaladı

Qazaxıstanın Dövlət Təhlükəsizlik Xidməti bundan sonra ölkənin birinci prezidenti Nursultan Nazarbayevin təhlükəsizliyini təmin etməyəcək.

Olaylar.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev sərəncam imzalayıb.

Qeyd edək ki, ötən ay Nazarbayev "Nazarbayev Universiteti", "Nazarbayev İntellektual Məktəbləri" və "Nazarbayev Fondu" kimi təşkilatların ali qəyyumlar şurasının rəhbəri statusunu itirib.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31