Maşının qabağına çıxan at ölümcül qəzaya səbəb oldu: 6 nəfər...

Rusiyada axşam saatlarında Saratov vilayətində faciəvi qəza baş verib.Olaylar.az lent.az-a istinadən bildirir ki, hadisəyə səbəb yolun kənarına çıxan heyvan olub.Aralarında 34 yaşlı sürücü də daxil olmaqla 7 nəfərin olduğu "Lada Largus" markalı avtomobil ata çırpılıb.Zərbədən sonra avtomobil yararsız hala çevrilib.Sərnişinlərdən biri yerindəcə ölüb, sürücü və 5 nəfər yaralanıb.Dörd zərərçəkən xəstəxanaya çatdırılıb, ikisi xəstəxanaya yerləşdirilməkdən imtina edib. Hadisədə at da ölüb. Qəzanın səbəbləri müəyyənləşdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31