Məşhur rus komandir Ukraynada öldürüldü - FOTO

Leninqrad alayının komandiri polkovnik Yevgeni Vaşunin Ukraynada öldürülüb.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə RT kanalı məlumat yayıb.

"İyulun 14-də o, ukraynalı hərbçilər tərəfindən mühasirəyə alınan "Storm" dəstəsinə kömək etmək üçün dəstək qrupu ilə hərəkət edib, lakin ölümcül yaralanıb.

Cəsarətinə və qəhrəmanlığına görə Vaşunin ölümündən sonra Rusiya Federasiyasının Qəhrəmanı adına layiq görülüb", - məlumatda bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31