Fələstin prezidenti Türkiyəyə səfər edib

Fələstin Prezidenti Mahmud Abbas Ankaraya səfərə gəlib.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, M.Abbası Esenboğa hava limanında Türkiyə xarici işlər nazirinin müavini Mehmet Kamal Bozay, Fələstinin Ankaradakı səfiri Fayed Mustafa və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, Fələstin liderinin Ankaraya səfəri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutub.

İki ölkə liderləri arasında rəsmi danışıqlar iyulun 25-də baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31