İsveçin NATO-ya qəbul edilməsi ilə müraciətinə TBMM-in iclasında baxılacaq - Ərdoğan

İsveçin NATO-ya qəbul edilməsi ilə müraciətinə Türkiyə Böyük Millər Məclisinin iclasında baxılacaq.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.

"NATO Sammiti ölkəmizlə bağlı tezislərimizi səsləndirdiyimiz beynəlxalq toplantı oldu. Ölkəmizin, eləcə də müttəfiqliyin təhlükəsizliyinə töhfə verəcək bir çox məsələləri müzakirə etdik. Biz Türkiyənin gözləntilərini açıq və dəqiq şəkildə ortaya qoyduq. Biz İsveçə həssaslıqlarımızla bağlı xəbərdarlıq etmişik. Parlament bu məsələ ilə bağlı qərar verəcək", - deyə R.T.Ərdoğan bildirib.

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı qərar TBMM-in oktyabrda keçiriləcək iclasında veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31