Rusiyada cinsiyyət dəyişdirmə əməliyyatı ilə bağlı YENİ QANUN
24 İyul 2023 21:23 DünyaRusiya Prezidenti Vladimir Putin ölkədə cinsiyyət dəyişdirmə əməliyyatını qadağan edən qanun imzalayıb.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, lakin bu cinsiyyət orqanlarının formalaşmasının pozulması ilə bağlı olan genetik və endokrin xəstəliklərin müalicəsinə şamil edilmir.
Bundan əlavə, cinsini dəyişdirmiş şəxslər övladlığa götürülən uşaqların qəyyumları ola bilməyəcəklər.
Eyni zamanda, qanun qüvvəyə minənədək bu, cinsiyyətini dəyişmiş şəxslərə aid edilməyəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31