Danimarkada İraq səfirliyi qarşısında Quran YANDIRILDI

Bu gün Danimarkanın paytaxtı Kopenhagendə İraq səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, aksiya zamanı iki etirazçı Qurani-Kərimi yandırıb.

Həmçinin, "Danimarka Patriotları" adlanan qrup üzvləri səfirliyin önündə İraq bayrağını tapdalayıblar.

Qeyd edək ki, son aylarda Danimarka və İsveçdə bir neçə Qurani-Kərim yandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31