Cənubi Afrika iki qadın astronavtı Beynəlxalq Kosmik Stansiyaya göndərəcək- ÖZƏL
24 İyul 2023 16:30 DünyaCənubi Afrika iki il ərzində Beynəlxalq Kosmik Stansiyaya iki qadın astronavt göndərəcəyini açıqlayıb.
Olaylar.az xəbər verir ki, Cənubi Afrika Milli Kosmik Stansiyasının Baş İcraçı Direktoru (CEO) Humbulani Mudau, ruslar tərəfindən inşa edilən kosmos tullantılarının kəşfi mərkəzinin açılışında, iki qadın astronavt yetişdirəcəklərini və Rusiyanın Kosmik Agentliyi Roskosmos vasitəsilə 2 il ərzində Beynəlxalq Kosmik Stansiyaya göndərəcəklərini söyləyib.
2019-cu ildə Roskosmos Birləşmiş Ərəb Əmirliklərinin ilk astronavtı Həzza əl-Mənsuri Soyuz MS-15 kosmik gəmisi ilə Beynəlxalq Kosmik Stansiyaya göndərdi.
Afrikadan kosmosa gedən ilk astronavt 2002-ci ildə Cənubi Afrikalı iş adamı Mark Şattlvort olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31