Qərb dünya hökmranlığını saxlamaq üçün heç nədən əl çəkmir - ÖZƏL

"Bütün suveren ölkələr Birləşmiş Ştatların diktəsini və Vaşinqtonun öz yollarını dünyanın qalan hissəsinə tətbiq etmək cəhdlərini dayandırmaqda maraqlıdırlar".

Olaylar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

Onun sözlərinə görə, bu gün dünya davamlı olaraq daha ədalətli çoxqütblü sistemə doğru irəliləyir. 

"Təəssüf ki, bu obyektiv tendensiya Qərb azlığı tərəfindən qəti şəkildə rədd edilir, o, öz hegemon qlobal mövqeyini qoruyub saxlamaq üçün heç bir vasitədən - birtərəfli sanksiyalardan tutmuş hibrid müharibələrə qədər - istifadə etməkdən çəkinmir", - Patruşev bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31