Pakistan ABŞ ilə regional təhlükəsizliyi müzakirə edib- ÖZƏL

Pakistan ordusunun başında olan Quru Qoşunlarının komandanı general Asim Munir ölkədə hücumların artdığı bir vaxtda ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı general Maykl Erik Kurilla ilə regional təhlükəsizlik vəziyyətini müzakirə edib.

Pakistan ordusundan verilən açıqlamaya görə, general Munir Ravalpindidəki Baş Qərargah qərargahında CENTCOM komandanı Kurilla ilə görüşüb. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər, regional təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Hər iki tərəf Pakistan və ABŞ hərbçiləri arasında bütün sahələrdə ikitərəfli əməkdaşlığı artırmaq istəklərini təkrarlayıblar. Kurilla Pakistan ordusunun terrorizmlə mübarizədəki uğurlarını, bölgəyə sülh və sabitlik gətirmək səylərini yüksək qiymətləndirdiyini bildirib.

İki tərəf arasında görüş Pakistanda hücumların artdığı bir vaxtda baş tutub.

Digər tərəfdən Münirin 15-16 iyul tarixlərində İran səfərindən sonra Kurillanın Pakistana səfəri diqqət çəkib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31