ABŞ-dan gərginliyi artıran sualtı qayıq qərarı- ÖZƏL

ABŞ son bir ayda ikinci dəfə Cənubi Koreyaya nüvə sualtı qayığı göndərib.

Olaylar.az xəbər verir ki, ABŞ-ın bu ay ikinci dəfə göndərdiyi "USS Annapolis" nüvə sualtı gəmisi Cənubi Koreyaya çatıb.

ABŞ-ın Cənubi Koreyaya göndərdiyi "USS Annapolis" sualtı gəmisinin Ceju adalarına çatdığı bildirilib. Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinin sözçüsü Jang Do Young verdiyi yazılı açıqlamada, adi silahlara da sahib olan nüvə enerjili USS Annapolis gəmisinin müxtəlif ləvazimatları yükləmək üçün Jeju adalarına lövbər saldığını bildirib.

Jang isə ABŞ və Cənubi Koreya hərbi birləşmələrinin sualtı qayıq üçün təlim təşkil edib-etməməsi ilə bağlı müzakirələrini davam etdirdiyini bildirib.

ABŞ-ın Ohayo sinfinə aid nüvə sualtı gəmisi USS Kentucky-ni 42 ildən sonra Cənubi Koreya sularına göndərməsi regionda gərginliyi artırıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31