Qayıq qəzası: 15 nəfər ölüb- ÖZƏL

Olaylar.az xəbər verir ki, İndoneziyada qayığın batması nəticəsində 15 nəfər ölüb, 19 nəfər isə itkin düşüb.  

İndoneziyanın Sulavesi adasında tutumundan artıq sərnişin daşıyan qayığın çevrilməsi nəticəsində ilk təsbitlərə görə 15 nəfərin öldüyü, 19 nəfərin isə itkin düşdüyü açıqlanıb.

Yerli axtarış-xilasetmə agentliyinin rəhbəri Məhəmməd Ərəfah qeyd edib ki, gecə yarısından dərhal sonra çevrilən qayıq Lanto kəndindən Sulavesidən cənub-şərqdə, Buton Mərkəzi bölgəsindəki Lagili kəndinə doğru gedirmiş.

Sözügedən sərnişin qayığının tutumundan artıq sərnişin daşıdığı üçün çevrildiyini bildirən Ərəfah, qayıqda olan 15 nəfərin öldüyünü, 19 nəfərin isə itkin düşdüyünü bildirib. 

20 nəfərlik taxta qayıqda 40 nəfərin olduğu bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31