İsveçli nazirdən Qurani-Kərim bəyanatı- ÖZƏL

Olaylar.az xəbər verir ki, İsveç xarici işlər naziri Tobias Billström ölkəsinin Qurana qarşı hörmətsizliyi, İslam inanc və simvollarına qarşı təhqiramiz hərəkətləri təəssüflə  pislədiyini bildirib. 

Livan Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, İsveç xarici işlər naziri Tobias Billström Livanın xarici işlər naziri Abdullah Buhabibə telefonla zəng edib. Görüşdə İsveç naziri Billström ölkəsinin Qurani-Kərimə qarşı hörmətsizliyi, İslam inanc və simvollarına qarşı təhqiramiz hərəkətləri təəssüflə qarşıladığını və pislədiyini bildirib. Livanın xarici işlər naziri Buhabib İsveçin mövqeyindən məmnunluğunu ifadə edərək, artan islamafobiya və nifrət cinayətlərinin qarşısının alınması üçün əlavə və əməli addımların atılmasını istəyib. İsveçdə yaşayan İraq əsilli Salvan Momika Qurban bayramının ilk günü Stokholm məscidinin qarşısında polisin mühafizəsi altında Qurani-Kərimi yandırıb. Bunun üzərinə Livanın bir çox şəhərində anti-İsveç etirazları keçirilib və İsveçin Beyrutdakı səfiri Ann Dismorrun planlı tətil üçün ölkəni tərk etdiyi bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31