Nigeriyada diaqnoz qoyulmayan xəstəlikdən 5 nəfər ölüb- ÖZƏL
24 İyul 2023 10:48 DünyaNigeriyanın Kaduna əyalətində diaqnoz qoyulmamış xəstəlik səbəbiylə 5 nəfər ölüb, 10 nəfər xəstəxanada müalicə olunub.
Olaylar.az xəbər verir ki, Kaduna əyalətindəki Ser Patrick Yakowa Xəstəxanasının katibi Ezra Coşua verdiyi açıqlamada, əyalətin Kafançan bölgəsində diaqnoz qoyulmayan xəstəlik səbəbindən 5 nəfərin öldüyünü, 10 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib.
Həyatını itirən şəxsin ölüm səbəbi ilə bağlı araşdırmaların davam etdiyini bildirən katib, xəstəxanaya gətirilənlərdən bəzilərində öskürək və qusma müşahidə edildiyini qeyd edib.
Katib valideynləri uşaqlarını yerli həkimlərə göndərməyi dayandırmağa və hər hansı bir xəstəlik əlaməti gördükləri təqdirdə onları tez bir zamanda xəstəxanaya göndərməyə çağırib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31