Yens Stoltenberq NATO-Ukrayna Şurasının iclasını çağırıb
23 İyul 2023 16:33 DünyaNATO-nun Baş katibi Yens Stoltenberq iyulun 26-da NATO-Ukrayna Şurasının iclasını çağırıb.
Olaylar.az xəbər verir ki, bu barədə NATO nümayəndəsi Oana Lunqesku məlumat verib.
"Tərəflər son hadisələrlə bağlı məsləhətləşmələr aparmaq və Qara dəniz vasitəsilə Ukrayna taxılının daşınmasını müzakirə etmək üçün görüşəcəklər", - deyə spiker bildirib.
O həmçinin əlavə edib ki, görüş səfirlər səviyyəsində keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00