Adanada HÜDA-PAR qərargahına edilən hücum araşdırılır - Ali Yerlikaya
22 İyul 2023 23:10 DünyaAdanada HÜDA-PAR qərargahına edilən hücum araşdırılır.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya bildirib.
"HÜDA-PAR Adana binasına bıçaqla hücum edən şəxs saxlanılıb. Hücum zamanı yaralanan HÜDA-PAR Adana İl sədri cənab Salih Dəmirə şəfa diləyir, hücumda həyatını itirən İl katibi Sacit Pişginə Allahdan rəhmət, ailəsinə və yaxınlarına başsağlığı verirəm. Hadisə ilə bağlı istintaq davam edirchr("39")chr("39") - deyə Yerlikaya qeyd edib.
Məlumat üçün qeyd edək ki, bu gün HÜDA-PAR Adana qərargahına hücum edilib.
Hücum zamanı partiyanın Adana vilayət sədri Salih Dəmir ağır yaralanıb, baş katib Sacit Pişgin isə hücum zamanı həyatını itirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31