Adanada HÜDA-PAR partiya qərargahına hücum olundu, ölən və yarananlar var
22 İyul 2023 22:58 DünyaTürkiyənin Adana şəhərində HÜDA-PAR partiyasının qərargahına edilən hücumda ölən və yaralananlar var.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, hücumda bir nəfər ölüb, bir nəfər isə yaralanıb.
"Adana İl Başçısı Salih Demir və katibi Sacit Pişginə namaz vaxtı kəsici alətlərlə hücum edilib. Bu hücumda Salih Demir ağır yaralanıb. Sacit Pişgin isə vəfat edib. Bu hücumu edənlər öz cəzalarını çəkəcəklər" - deyə sədr müavini Halef Yılmaz bildirib.
Məlumat üçün qeyd edək ki, HÜDA-PAR Adana vilayət sədri Salih Dəmir ağır yaralanıb, baş katib Sacit Pişgin isə hücumda həyatını itirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31