Danimarka XİN-dən Quranın yandırılmasına REAKSİYA
22 İyul 2023 20:33 DünyaDanimarka Xarici İşlər Nazirliyi Kopenhagendə Quranın yandırılmasını pisləyib.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə XİN-in açıqlamasında bildirilib.
"Müqəddəs kitabların və digər dini rəmzlərin yandırılması başqalarının dininə hörmətsizlik və utancverici bir hərəkətdir. Bu, müxtəlif dinlər və mədəniyyətlər arasında nifaq yaradan təxribat hesab olunur", - XİN-dən verilən açıqlamada qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31