Priqojin Belarusda şirkət qeydiyyatdan keçirdi
22 İyul 2023 19:38 Dünya"Vaqner" özəl hərbi şirkətinin (ÖHŞ) təsisçisi Yevgeni Priqojin Belarusda şirkət açıb.
Olaylar.az sfera.az-a istinadən xəbər verir ki, Belarus Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin və Fərdi Sahibkarların Vahid Dövlət Reyestrində iyulun 19-da "Concord Management and Consulting" MMC şirkəti (VÖEN 791314882) qeydiyyata alınıb.
Şirkətin qeydiyyatı Belarusa köçürülmüş "Vaqner" ÖHŞ döyüşçülərinin səhra düşərgəsinin yerləşdiyi Osipoviç vilayətinin Tsel kəndində baş tutub.
MMC-nin əsas fəaliyyəti daşınmaz əmlakın idarə edilməsidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31