Rusiyalı səfir Polşa XİN-ə çağırıldı - Putinin sözlərinə görə
22 İyul 2023 19:29 DünyaRusiyanın Varşavadakı səfiri Sergey Andreyev Rusiya Prezidenti Vladimir Putinin Polşa ilə bağlı sözlərinə görə Polşa Xarici İşlər Nazirliyinə çağırılıb.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Polşanın xarici işlər nazirinin müavini Pavel Yablonski bildirib.
"Görüş çox qısa olub", - deyə o əlavə edib.
Xatırladaq ki, cümə günü Putin Təhlükəsizlik Şurası ilə iclasda deyib ki, məhz Sovet İttifaqı və Stalinin mövqeyi sayəsində Polşa Qərbin və Almaniyanın torpaqlarının yetərincə hissəsini alıb. Rusiyalı lider, həmçinin bildirib ki, indi Polşa təkcə Ukraynanın deyil, həm də Belarus torpaqlarını almaq istərdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31