Zelenski Stoltenberqlə Ukraynanın NATO-ya inteqrasiyasını MÜZAKİRƏ ETDİ

Ukrayna Prezidenti Vladimir Zelenski ilə NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin Teleqram kanalı məlumat yayıb.

"Biz Alyansın Vilnüs sammiti zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsini, eləcə də Ukraynanın NATO-ya inteqrasiyası üçün gələcək fəaliyyətləri müzakirə etdik", - prezident bildirib.

Söhbət zamanı Zelenski və Stoltenberq Qara dənizdəki mövcud vəziyyət və bunun qlobal ərzaq təhlükəsizliyi üçün yaratdığı risklərlə bağlı öz qiymətləndirmələrini də bölüşüblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31