Rusiyanın paytaxtı Moskvada ticarət mərkəzində güclü partlayış olub.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Partlayış "Vremena Qoda" ticarət mərkəzində baş verib. Belə ki, qaynar su borusunun partlaması nəticəsində 4 nəfər ölüb, 9-u isə yaralanıb.