Rusiyanın hərbi jurnalisti Ukraynada öldü
22 İyul 2023 17:21 DünyaRİA agentliyinin hərbi müxbiri Rostislav Juravlev Ukrayna ordusunun hücumu zamanı Zaporojyenin Pyatixatki kəndi yaxınlığında öldürülüb.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bununla bağlı BAZA Teleqram kanalı məlumat yayıb.
Bundan başqa, agentliyin fotomüxbiri Konstantin Mixalçevski, "İzvestiya"nın müxbiri Roman Polşakov və operator Dmitri Şikovun yaralandığı da bildirilib.
Qeyd edək ki, Rostislav Juravlev İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın lehinə reportajlar hazırlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31