ABŞ-Çin toqquşmasının ANONSU EDİLDİ

Beynəlxalq ictimaiyyət Çin ilə ABŞ arasında münaqişə təhlükəsi ilə üz-üzədir.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu fikri şənbə günü Macarıstanın baş naziri Viktor Orban Transilvaniyadakı universitetlərdə yay tələbə düşərgəsində çıxış edərkən deyib.

Macarıstanın M1 telekanalı tərəfindən nitqi yayımlayan hökumət başçısı deyib: "Qlobal tarazlıqda indiyədək heç vaxt belə sürətli tektonik sürüşmə olmayıb".

Onun sözlərinə görə, "Çin ayıldı" və bundan xoşu gəlməyən ABŞ-ı ötməyə başladı. "Həmişə dünyanın zirvəsində olmaq cazibədar bir fikirdir, lakin həyatın həqiqəti budur ki, dünyada daimi qaliblər və məğlublar yoxdur", - deyə Orban bildirib.

Bununla bağlı o qeyd edib ki, beynəlxalq siyasətdə "bir nömrəli böyük dövlət"in mövqelərini itirərək arxa plana çəkildiyi çox təhlükəli məqam gəlib çatıb:

"Bu gün biz (ABŞ və Çin arasında) növbəti münaqişəyə yaxınlaşdığımızın şahidiyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31