Bayden bu xanımı Dəniz Qüvvələrinə rəhbər TƏYİN ETDİ - FOTO

ABŞ Prezidenti Co Bayden admiral Liza Françettini Hərbi Dəniz Qüvvələrinin rəhbəri vəzifəsinə təyin edib.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Assoşeyted Press" agentliyi məlumat yayıb.

Nəşrin mənbəsinin sözlərinə görə, Bayden bu qərarı Pentaqonun vəzifəyə təyin etmək üçün admiral Samuel Paparonu tövsiyə etməsinə baxmayaraq verib.

Bildirilir ki, Baydenin qərarı təsdiqlənərsə, Françetti ABŞ Hərbi Dəniz Qüvvələrinin ilk qadın rəhbəri olacaq. Paparo isə ABŞ-ın Hind-Sakit Okean Komandanlığının rəhbəri təyin edilə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31