"Ukrayna bu F-16-ları həqiqətən effektiv şəkildə idarə edə bilməlidir”

ABŞ Ukraynaya təkcə indiki əks-hücum üçün silah və hərbi texnika ilə kömək etmir, həm də onu gələcək üçün gücləndirir.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ağ Ev rəhbərinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ABŞ-ın Ukraynaya F-16 qırıcılarının tədarükü haqda danışarkən deyib.

"Biz bu məsələdə sürətlə irəliləyirik, Ukrayna bu F-16-ları həqiqətən effektiv şəkildə idarə edə bilməlidir", - Sallivan bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31