Çarli Çaplinin qızı dünyasını dəyişdi
22 İyul 2023 12:25 DünyaDünya şöhrətli aktyor Çarli Çaplinin qızı aktrisa Cozefina Çaplin 74 yaşında Fransada dünyasını dəyişib.
Olaylar.az kult.az-a istinadla xəbər verir ki, onun ölümüylə bağlı ailəsi bu gün məlumat yayıb.
Bildirilir ki, aktrisa iyulun 13-ü Parisdə dünyasını dəyişib.
Xatırladaq ki, C.Çaplin "Kenterberi nağılları", "Dörd muşketyor" kimi bir çox filmlərdə rol alıb.
Qeyd edək ki, Cozefina Çarli Çaplinin dördüncü arvadı Una Ochr("39")Nildən olan övladıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31